ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa edəcək
sizinxeber.az xəbər saytı

ABŞ Ukrayna ilə hərbi yardım və kəşfiyyat mübadiləsini bərpa edəcək


ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının mübadiləsini bərpa edir.

"Sizinxeber.az"un UNİAN-a istinadən verdiyi xəbərə görə, bu barədə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna-ABŞ danışıqlarının yekunlarına dair birgə bəyanatda bildirilib.

“ABŞ kəşfiyyat məlumatlarının mübadiləsində fasiləni dərhal aradan qaldırır və Ukraynaya təhlükəsizlik yardımını bərpa edir”, - bəyanatda qeyd olunub.

Mətndə, həmçinin vurğulanıb ki, Vaşinqton və Kiyev davamlı sülhün bərpası istiqamətində mühüm addımlar atıb. Bu kontekstdə hər iki ölkənin nümayəndələri dövlətini müdafiə edən Ukrayna xalqının cəsarətini yüksək qiymətləndiriblər və uzunmüddətli sülhün bərqərar olması prosesinə indi başlamağın vaxtı olduğu ilə razılaşıblar.

Xatırladaq ki, hərbi yardım və kəşfiyyat məlumatlarının mübadiləsi fevralın 28-də Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə amerikalı həmkarı Donald Tramp arasında baş verən mübahisədən qısa müddət sonra dayandırılmışdı.

Oxşar xəbərlər

MKİ rəhbəri ABŞ-nin Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyə davam edəcəyini düşünür [xfgiven_updateblue][/xfgiven_updateblue]
Politico: Avropa Ukrayna ilə kəşfiyyat məlumatlarının mübadiləsində ABŞ-ni əvəzləyə bilməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
FT: Kiyev Vaşinqtondan hərbi yardımı bərpa etməyi xahiş edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: ABŞ faktiki olaraq Ukraynaya kəşfiyyat məlumatlarının verilməsini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Britaniya Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməkdə davam edir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər