Azərbaycan millisi atletika üzrə Avropa çempionatında uğurlu çıxış edib
Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.
II Lui stadionunda keçirilən çempionatda Azərbaycan milli komandasının üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. İ.Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.
Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub. Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.
Oxşar xəbərlər
Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazanıb
Azərbaycan atletləri komandalar arasında Avropa çempionatının son günündə dörd medal qazanıblar
Azərbaycan atletləri Sloveniyada Avropa çempionatına uğurla start veriblər
Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib
Paris-2024: Lamiyə Vəliyeva finala yüksəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
Rusiya Ermənistandan bir sıra tərəvəz və giləmeyvələrin idxalını məhdudlaşdırıb
-
ABŞ və Kuba hərbi komandanlığı əməliyyat təhlükəsizliyini müzakirə ediblər
-
Kiyevdə ardıcıl partlayışlar oldu
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
