“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər
sizinxeber.az xəbər saytı

“Azercell Könüllüləri” Qurban bayramı münasibətilə xeyriyyə təşəbbüsü həyata keçiriblər


Azercell əməkdaşlarından ibarət “Azercell Könüllüləri” Qurban bayramı ərəfəsində bir sıra xeyriyyə təşəbbüsləri həyata keçiriblər.

Bu müqəddəs bayram münasibətilə uşaqları təbrik etmək üçün Könüllülər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin 1 saylı Uşaq evi sosial xidmət müəssisəsini ziyarət ediblər. Tədbir çərçivəsində interaktiv oyunlar və müxtəlif müsabiqələr təşkil olunub, həmçinin uşaqlara hədiyyələr təqdim edilib.

Eyni zamanda, bayram ənənəsinə uyğun olaraq Bakı və bölgələrdə yaşayan bir sıra aztəminatlı ailələrə bayram sovqatı da çatdırılacaq. Ailələrin siyahısı yerli icra hakimiyyəti orqanları tərəfindən təqdim olunub.

Qeyd edək ki, 2001-ci ildən fəaliyyət göstərən “Azercell Könüllüləri” müxtəlif sosial və xeyriyyə təşəbbüsləri vasitəsilə həssas qruplara dəstək göstərir, cəmiyyətdə sosial həmrəyliyin və paylaşma dəyərlərinin təşviqinə töhfə verir.

Oxşar xəbərlər

“Azercell Könüllüləri”ndən uşaqlara bayram sevinci - FOTO
“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsü həyata keçirib
“Azercell Könüllüləri” bayram günlərində növbəti xeyriyyə təşəbbüsünü həyata keçirdi
Leyla Əliyevanın təşəbbüsü ilə aztəminatlı ailələrə qurban payları çatdırılıb - FOTO
“Azercell Könüllüləri”nin xeyriyyə təşəbbüsləri davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər