Zelenski Qara dənizlə bağlı keçirilən görüşün təfərrüatlarını açıqlayıb
İstanbulda keçirilən ikigünlük toplantıda Ukrayna, Fransa, Böyük Britaniya və Türkiyənin hərbi nümayəndələri Qara dənizdə təhlükəsizlik məsələlərini müzakirə edirlər.
“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Odessada keçirdiyi mətbuat konfransında bildirib.
“Türkiyədə Qara dənizdə təhlükəsizlik məsələsi ilə bağlı hərbi görüş keçirilir. Bu, ilk növbədə, “arzu edənlərin koalisiyası”na, müvafiq addımlara aiddir. Orada Parisdə keçirilmiş sammitdə qərarlaşdırılmış Avropa nümayəndələri olacaq – bunlar Böyük Britaniya və Fransadır, Ukraynanın iştirakı məcburidir və Türkiyə də ev sahibidir”, - o deyib.
Zelenski əlavə edib ki, hərbçilər “arzu edənlərin koalisiyası” çərçivəsində görüşdə təhlükəsizlik məsələsi üzərində işləyirlər.
Xatırladaq ki, daha əvvəl Türkiyə Müdafiə Nazirliyi aprelin 15-16-da ölkənin Hərbi Dəniz Qüvvələrində bir sıra xarici ölkələrin hərbi nümayəndələrinin (hərbi attaşelərinin) iştirakı ilə iclas keçiriləcəyini açıqlamış, amma təfərrüatları dəqiqləşdirməmişdi. “TRT Haber” Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb ki, görüşdə Rusiya və Ukrayna arasında mümkün atəşkəs fonunda Qara dənizdə təhlükəsizlik məsələlərinin müzakirəsi planlaşdırılır. Bu kontekstdə naviqasiya təhlükəsizliyinin təmin edilməsi və gəmilərin dəniz minalarından qorunması üzrə işlərin davam etdirilməsi məsələlərinin müzakirəsi gözlənilir.
Oxşar xəbərlər
KİV: Kiyev Türkiyədə Rusiya ilə görüşün keçiriləcəyini təkzib edib – YENİLƏNİB
Zelenski: ABŞ “Ramştayn” formatındakı növbəti görüşü buraxa bilər
Zelenski Brüsseldə Makronla görüşüb
Zelenski: Ukraynada müharibənin bitməsi 2025-ci ildə mümkündür
Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Atalıq məzuniyyətinə çıxan kişilərə nə qədər pul veriləcək?
-
ADY-dən Bakı-Tiflis qatarı ilə bağlı açıqlama
-
Lamiyə Əl Səud: Mənzil təhlükəsizlik və sabitliyin təmin edilməsi üçün başlanğıc nöqtədir
-
Anjela Makeyeva İlham Əliyevə və Azərbaycan hökumətinə təşəkkür edib
-
Keniyalı qonaq: "WUF13 Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün mühüm platformadır"
-
AK nümayəndəsi: Son onillikdə şəhərlərdə əhali sıxlığı ya artıb, ya da olduğu kimi qalıb
