Zelenski: ABŞ “Ramştayn” formatındakı növbəti görüşü buraxa bilər
sizinxeber.az xəbər saytı

Zelenski: ABŞ “Ramştayn” formatındakı növbəti görüşü buraxa bilər


ABŞ rəsmiləri aprelin 11-də Brüsseldə Ukrayna üzrə “Ramştayn” formatlı görüşü buraxa bilər.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Belçikanın Baş naziri Bart De Veverlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

“Britaniya və Almaniya həqiqətən də bizə ABŞ-nin iştirak edə bilməyəcəyinə dair siqnal ötürüblər. ABŞ ilə müzakirə edəcəyimiz şeylər var. Ümid edək ki, onlar mövqelərini dəyişəcəklər”, – o deyib.

Xatırladaq ki, daha əvvəl NATO-nun mətbuat xidməti Böyük Britaniya və Almaniyanın aprelin 11-də alyansın mənzil-qərargahında Ukraynaya hərbi təchizatla bağlı təmas qrupunu toplayacaqlarını məlumat vermişdi. “Ramştayn” formatında sonuncu görüş fevralın 12-də Brüsseldə baş tutub və bu, sayca 26-cı olub. O görüşdə ilk dəfə sədr kreslosunda Pentaqonun rəhbəri əvəzinə Britaniyanın müdafiə naziri əyləşmişdi. Kiyevlə müttəfiq ölkələr qrupuna sədrlik ABŞ Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra Amerika tərəfinin təşəbbüsü ilə Britaniyaya verilib.

Oxşar xəbərlər

Britaniya XİN: Ukraynadakı müharibə bu il aprelin sonuna qədər başa çata bilər
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Zelenski Brüsseldə Makronla görüşüb
Lüksemburq Ukrayna üçün “artilleriya koalisiyası”na qoşulur
Zelenski Şolts ilə birgə silah istehsalını müzakirə edib – YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər