Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
may
2026
22:17
0
0
5 715
ff aaaaaaa

Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək

15 may, 2026
22:17
5 715

Evi, obyekti olanların nəzərinə: Bunu etməyənlər cərimələnəcək

Bələdiyyə vergiləri qanuni əsaslarla toplanılır.

Sizinxeber.Az  xəbər verir k, Vergi Məcəlləsinə əsasən, bələdiyyələr tərəfindən yerli vergilər toplanılır.

Əgər vətəndaşın dövlət reyestrində qeydiyyata alınmış və mülkiyyət hüququ ona məxsus olan əmlakı varsa, həmin şəxs bələdiyyə vergisi ödəməlidir. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisini ərazidəki bələdiyyə hesablayır.

Vergi yaşayış və digər tikililərin hər kvadratmetrinə uyğun hesablanır.

Bələdiyyələr hər il avqustun 1-dək vergi ödəyicilərinə tədiyyə bildirişləri təqdim etməlidir. Bildirişdə göstərilən məbləğ iki hissə şəklində ödənilə bilər: birinci hissə avqustun 15-dək, ikinci hissə isə noyabrın 15-dək. Ödənişlər yerli bələdiyyə büdcəsinə köçürülür.

Vergi ödənişləri müəyyən edilmiş müddətlərdə həyata keçirilmədikdə, hər gecikən gün üçün 0,1 faiz məbləğində cərimə faiz dərəcəsi hesablanması mümkündür.

Bakupost.az

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul