Tayvan ABŞ-nin rüsumlarını ədalətsiz adlandırıb
ABŞ-nin tətbiq etdiyi rüsumlar Birləşmiş Ştatlar və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir.
“Sizinxeber.az”un Tayvan Beynəlxalq Radiosuna istinadən verdiyi məlumata görə, bunu Tayvanın ali inzibati orqanının rəsmi nümayəndəsi Li Hueyçji bildirib.
"Təklif olunan tarif dərəcəsi ABŞ və Tayvan arasındakı ticari-iqtisadi münasibətlərin real vəziyyətini əks etdirmir və bu, Tayvana qarşı ədalətsizlikdir", - o qeyd edib.
Rəsmi nümayəndənin sözlərinə görə, ali inzibati orqanının rəhbəri Çjo Juntay ticari-iqtisadi danışıqlar üzrə ofisə bu yüksək tarif dərəcəsinin Tayvana qarşı əsassız və ədalətsiz olduğu bütün aspektləri dərhal təhlil etməyi, həmçinin ABŞ-nin ticarət nümayəndəsinə sərt mövqe bildirməyi və izahat tələb etməyi tapşırıb.
Çərşənbə günü ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı, Çin və Tayvandan idxal olunan mallara müvafiq olaraq 20 %, 34 % və 32 % rüsum tətbiq edildiyini açıqlayıb.
Oxşar xəbərlər
KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək
KİV: Tayvan ABŞ-dən silah almaq imkanını nəzərdən keçirir
Tayvan ABŞ-la adada Amerika silahlarının istehsalını müzakirə edəcək
AK sədri: Aİ ABŞ ilə əməkdaşlığa hazırdır, lakin qarşılıqlı münasibətlərdə öz maraqlarını qoruyacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkirdə “Ford” yük avtomobilinə çırpılıb, bir nəfər ölüb
-
Tramp ABŞ millisinə DÇ-2026 öncəsi uğurlar arzulayıb
-
Konqo Demokratik Respublikasında Ebola qurbanlarının sayı 139 nəfərə çatıb
-
Əraqçi: Danışıqlar iki mərhələdə nəzərdə tutulub
-
DÇ-2026: ABŞ - Paraqvay oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Əraqçi: İran yüksək zənginləşdirilmiş uranı "zəiflətməyə" hazırdır
