İraq XİN rəhbəri: Yaxın Şərqdə İŞİD-çilərin sayı artır
sizinxeber.az xəbər saytı

İraq XİN rəhbəri: Yaxın Şərqdə İŞİD-çilərin sayı artır


“Yaxın Şərqdə İŞİD terror qruplaşmasının üzvlərinin sayı artır və silahlılarla mübarizə üçün regional ittifaq lazımdır”.

“Sizinxeber.az” xəbər verir ki, bunu İraqın xarici işlər naziri Fuad Hüseyn bəyan edib.

Onun fikrincə, regiondakı qonşu ölkələr yaraqlıların fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları mübadiləsi aparmalı və təkcə xarici işlər nazirləri deyil, həm də müdafiə nazirləri və kəşfiyyat rəhbərləri səviyyəsində daimi əlaqə saxlamalıdırlar:

“Bölgədə İŞİD-çilərin sayının, terrorçuların ixtiyarında olan silahların miqdarının və nəzarət etdikləri ərazilərin artdığını görürük. Bu baxımdan bizə regional səviyyədə terror təhlükəsi ilə mübarizə aparacaq və beynəlxalq ictimaiyyətin dəstəyini alacaq bir təşkilat lazımdır”.

Hüseyn qeyd edib ki, Bağdad Suriyadakı vəziyyəti diqqətlə izləyir, çünki İraqdakı daxili siyasi vəziyyət oradakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır.

Oxşar xəbərlər

İraqda İŞİD-in 14 yaraqlısı öldürülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İŞİD-lə mübarizə üzrə dördtərəfli mexanizm yaradılır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə regional vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov iraqlı həmkarı ilə Yaxın Şərqdə cari regional vəziyyəti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ İraqda İŞİD-ə qarşı əməliyyatı gələn il başa çatdıracaq [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər