Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
sizinxeber.az xəbər saytı

Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz


Qrenlandiya satılmır və onu əldə etmək olmaz.

“Sizinxeber.az” Avropa KİV-ə istinadən xəbər verir ki, Qrenlandiyanın baş naziri Mute Egede ABŞ Prezidenti Donald Trampın son açıqlamalarına bu şəkildə cavab verib.

Tramp martın 4-də Konqresdəki çıxışında Qrenlandiyanı ABŞ-nin nəzarətinə götürməkdə maraqlı olduğunu yenidən təsdiqləyib.

"Qrenlandiya bizimdir. Biz nə amerikalı, nə də danimarkalı olmaq istəyirik, biz kalaallitlərik. Amerikalılar və onların lideri bunu başa düşməlidir", - Egede öz “Facebook” səhifəsində yazıb.

O vurğulayıb ki, Qrenlandiyanın gələcəyini qrenlandiyalıların özləri həll edir.

Tramp Konqresdəki çıxışında əmin olduğunu bildirib ki, Birləşmiş Ştatlar "hər nə olursa-olsun Qrenlandiyanı əldə edəcək". O, qrenlandiyalıları zəngin edəcəyinə və adanı "əvvəllər mümkün hesab etmədiyiniz yüksəkliklərə" qaldıracağına söz verib.

Oxşar xəbərlər

Qrenlandiya Baş naziri Trampın ada üzərində nəzarəti ələ almaq çağırışını tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka XİN başçısı: Tramp Qrenlandiyanı əldə etməyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qrenlandiya adasının satılmadığı Trampa xatırladılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Danimarka Baş naziri: Qrenlandiya krallığın tərkibində qalacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tramp: ABŞ Qrenlandiyanı əldə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər