Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb
sizinxeber.az xəbər saytı

Avstriya Azadlıq Partiyasının sədri koalisiya danışıqlarının iflasa uğradığını açıqlayıb


Avstriya Azadlıq Partiyasının (AAP) sədri Herbert Kikl Avstriya Xalq Partiyası (AXP) ilə koalisiya danışıqlarının iflasa uğradığını və öz siyasi qüvvəsinin Avstriyada hakim çoxluğun formalaşdırılması cəhdlərindən imtina etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, Kiklin sözlərini AAP-nin mətbuat xidməti təqdim edib.

“Danışıqlar zamanı biz bir çox məsələlərdə AXP-nin tələblərini yerinə yetirsək də, təəssüf ki, danışıqlar sonda uğurla nəticələnmədi. Buna görə də bu gün, 12 fevral 2025-ci ildə, mən hökumətin formalaşdırılması səlahiyyətlərindən imtina edirəm”, –o bildirib.

Siyasi qüvvənin rəhbəri həmçinin vurğulayıb ki, o, ən vacib məsələlərdə ciddi fikir ayrılıqları səbəbindən Avstriya sosial-demokratları ilə koalisiya danışıqlarını məhsuldar hesab etmir.

“Avstriya vaxt itirməməlidir”, – AAP sədri qeyd edib.

Oxşar xəbərlər

Avstriya kansleri koalisiya danışıqlarının uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb
Avstriyanın yeni kansleri gələn həftə vəzifəsinin icrasına başlayacaq
Avstriya Prezidenti ifrat sağçı partiyanın liderinə yeni hökuməti qurmağı tapşırıb
Gələn həftə Avstriya hökuməti istefaya verəcək
Avstriyada parlament seçkiləri keçirilir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər