Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb
sizinxeber.az xəbər saytı

Azərbaycandan Ermənistana neft məhsulları daşıyan növbəti qatar yola salınıb


Bu gün Azərbaycandan Ermənistana göndərilən 971 ton benzin və 467 ton dizel yanacağı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb.

"Sizinxeber.az" xəbər verir ki, 18 vaqon "Aİ-92" markalı avtomobil benzini və 8 vaqon dizel yanacağı Böyük Kəsik stansiyası istiqamətində yola düşüb.

Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Qeyd edək ki, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 4 min tondan çox "Aİ-92" və "Aİ-95" benzini ixrac olunub.

Eyni zamanda, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 34 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 133 ton alüminium, 68 ton qarabaşaq və 414 ton antrasit göndərilib.

Oxşar xəbərlər

Ermənistana 8 vaqon dizel yanacağı göndərildi
Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda göndəriləcək
Azərbaycandan Ermənistana bu gün neft məhsullarının növbəti partiyası ixrac olunacaq
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər