Avstriyanın yeni kansleri gələn həftə vəzifəsinin icrasına başlayacaq
Avstriyada hazırkı hökumət başçısı Karl Nehammer istefa verdikdən sonra kabinetə yeni kansler başçılıq edəcək.
"Sizinxeber.az" "Austria Presse-Agentur"a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Van der Bellen deyib.
Yanvarın 6-da Prezident parlament seçkilərində qalib gəlmiş Avstriya Azadlıq Partiyasının rəhbəri Herbert Kikl ilə görüşəcək və o, gələn həftədən səlahiyyətlərinin icrasına başlayacaq.
Qeyd edək ki, Avstriyada Avstriya Xalq Partiyasının (ÖVP) rəhbərliyi ilə aparılan koalisiya danışıqları uğursuzluğa düçar olduqdan sonra bu partiyanın sədri və hazırkı federal Kansler Karl Nehammer hər iki vəzifəsindən istefa verdiyini açıqlayıb.
Avstriyada növbəti parlament seçkiləri 2024-cü il sentyabrın 29-da baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan “Yeni Avstriya – Liberal Forum” (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.
Oxşar xəbərlər
Avstriya kansleri koalisiya danışıqlarının uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn həftə Avstriya hökuməti istefaya verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriyanın kansleri Karl Nehammer istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriyada parlament seçkiləri keçirilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriya Ukrayna üzrə sülh danışıqları platformasına çevrilməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












