Yaponiyada leysan və qasırğa səbəbindən 2,23 milyondan çox insan təxliyə edilib - YENİLƏNİB
Yaponiya hökuməti şiddətli yağışlar və tayfun səbəbindən 13 prefekturadan - Kyusyu və Okinavadan Kinki regionuna qədər 2,23 milyon sakini təxliyə edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "TBS News" Yaponiyanın Təbii Fəlakətlərlə Mübarizə Agentliyinə istinadən məlumat yayıb.
Tayfunun və yağış mövsümünün təsiri nəticəsində Yaponiyanın qərbində şiddətli yağışlar müşahidə olunur. Kaqoşima prefekturasında üç nəfərin xəsarət aldığı bildirilib. Fukuoka və Kaqoşima prefekturalarında 25 binanı su basıb.
NHK telekanalının məlumatına görə, əlverişsiz hava şəraiti ilə əlaqədar Tyuqoku və şimali Kyusyunun bəzi ərazilərində 4-cü səviyyəli torpaq sürüşməsi təhlükəsi barədə xəbərdarlıq elan edilib.
Yaponiya Meteorologiya Agentliyi qərb və şərq regionlarında şiddətli yağışlar səbəbindən tayfunun Sakit okean tərəfdən ölkəyə yaxınlaşması mümkünlüyü ilə bağlı xəbərdarlıq edib.
Yaponiyada 5,8 maqnitudada zəlzələ olub.
"Sizinxeber.az"un məlumatına görə, bu barədə ölkənin Milli Meteorologiya Agentliyi xəbər verib.
Məlumata görə, zəlzələnin episentri Tokio yaxınlığında yerləşən Tiba prefekturasında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Yeraltı təkanlar Tokioda da hiss olunub.
Xatırladaq ki, iyunun 25-də Yaponiyada 7,2 maqnitudada zəlzələ olub, nəticədə 10 nəfər xəsarət alıb.
Oxşar xəbərlər
Yaponiyada "Çanmi" tayfunu nəticəsində doqquz nəfər xəsarət alıb
Yaponiyada güclü yağışlar ən yüksək səviyyəli təxliyəyə səbəb olub
Yaponiyada qasırğa nəticəsində 336 aviareys təxirə salınıb, 16 nəfər yaralanıb
Pekində güclü yağışlar səbəbindən yüksək xəbərdarlıq səviyyəsi elan edilib
“Ampil” qasırğası Yaponiyada həyatı iflic edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
