Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıda keçirdiyi görüşlərdə müzakirə olunan məsələləri açıqlayıb.
APA xəbər verir ki, o, bu barədə “X” hesabında bildirib.
“Yenidən Bakıda olmaqdan və azərbaycanlı tərəfdaşlarımla, o cümlədən Prezidentin köməkçisi Hikmət Hacıyev və Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədov ilə intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.
Müzakirələrimiz regional proseslər, Avropa İttifaqı–Azərbaycan münasibətləri, nəqliyyat-logistika imkanları və Azərbaycan–Ermənistan sülh prosesi, həmçinin Avropa İttifaqının Azərbaycanda və Ermənistanda keçirəcəyi yüksək səviyyəli təmasları ərəfəsindəki məsələlərə həsr olundu.
İki ölkə arasında davamlı sülhə gedən yolda əldə olunan tarixi nailiyyətlərin yaratdığı müsbət dinamikanın qorunmasının vacibliyi barədə razılığa gəldik. Bu istiqamətdə Avropa İttifaqı öz dəstəyini davam etdirəcək”, - Qrono qeyd edib.
Oxşar xəbərlər
Aİ rəsmisi Praqada Ermənistan və Azərbaycan arasındakı sülh prosesini müzakirə edib
Xüsusi nümayəndə: Azərbaycan Avropa İttifaqının vacib tərəfdaşıdır
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Maqdalena Qrono: Aİ-nin ali nümayəndəsinin səfəri zamanı Azərbaycanla münasibətlərin bütün spektri nəzərdən keçirildi
Aİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
