Avstriya kansleri koalisiya danışıqlarının uğursuzluğu səbəbindən istefa verəcəyini açıqlayıb
Avstriya Xalq Partiyasından (AXP) olan kansler Karl Nehammer sentyabrda keçirilmiş parlament seçkilərindən sonrakı hakim koalisiyanın qurulması danışıqlarının uğursuzluqla nəticələnməsinə görə vəzifəsindən gedəcək.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə hökumət başçısı sosial şəbəkədə yayımladığı bildirib.
“Danışıqların dayandırılmasından sonra mən belə hərəkət edəcəyəm: yaxın günlərdə federal kansler və AXP rəhbəri vəzifələrindən gedəcəyəm və nizamlı keçidi təmin edəcəyəm”, – o deyib.
Nehammerin sözlərinə görə, AXP uzun və səmimi danışıqlar aparıb, lakin Avstriya Sosial Demokrat Partiyası (ASP) ilə əsas məsələlərdə razılığa gəlmək mümkün olmayıb.
“Xalq Partiyası öz vədlərinə sadiq qalır: biz güzəştlərə və biznesə qarşı tədbirlərə, eləcə də yeni vergilərin tətbiqinə razı olmayacağıq. Buna görə də biz ASP ilə danışıqları dayandırırıq və davam etdirməyəcəyik”, – o vurğulayıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 29-da Avstriyada növbəti parlament seçkiləri baş tutub. Nəticədə Avstriya Azadlıq Partiyası öz tarixində ilk dəfə özü üçün rekord olan 29,2 % səslə qalib gəlib. Lakin digər parlament partiyalarının onunla koalisiyaya daxil olmaq istəməməsi səbəbindən yeni hökumətin formalaşdırılması üçün danışıqlar 26,5 % səs toplayan hakim AXP 21 % səs alan sosial-demokratlar (ASP) və 9 % səs alan “Yeni Avstriya – Liberal Forum” (YALF) partiyası arasında başlayıb. YALF yanvarın 3-də danışıqlardan ilk çıxan olub. Növbəti gün AXP ASP ilə danışıqları dayandırıb və onun iqtisadi məsələlərə yanaşmasını tənqid edib.
Oxşar xəbərlər
Avstriyanın kansleri Karl Nehammer istefa verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gələn həftə Avstriya hökuməti istefaya verəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Avstriya Ukrayna üzrə sülh danışıqları platformasına çevrilməyə hazırdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyanın vitse-kansleri hakim koalisiyanın dağıldığını açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Almaniyada vitse-kansler ölkənin iqtisadi dirçəlişinə nəyin maneə olduğunu açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












