Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb
sizinxeber.az xəbər saytı

Mərdəkanda üç gün əvvəl dənizdə batan dördüncü gəncin də meyiti tapılıb


Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.

Bu barədə Sizinxeber.az-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, iyunun 22-də Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində ən yaxın xilasetmə məntəqəsindən 3 km aralı, dənizdə nəzarətsiz ərazidə 4 nəfər batıb.

Axtarışlar nəticəsində FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən iki qardaş - 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlu və 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlu, bundan başqa, 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun meyitləri tapılaraq aidiyyəti üzrə təhvil verilmişdi.

Dördüncü şəxs - 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun axtarışları isə davam etdirilirdi.

Oxşar xəbərlər

Mərdəkanda dənizdə 4 nəfər batıb, üç nəfərin meyiti tapılıb - YENİLƏNİB-1
Mərdəkanda dənizdə 4 nəfər batıb, iki nəfərin meyiti tapılıb - YENİLƏNİB
Mərdəkanda dənizdə batanlardan daha birinin meyiti tapılıb - YENİLƏNİB-2
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər