Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb - YENİLƏNİB


Xankəndi şəhərində Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü münasibətilə təntənəli yürüş başa çatıb.

"Sizinxeber.az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, yürüş Zəfər meydanından başlayaraq şəhərin giriş qapısına qədər davam edib.

Tədbir yerli sakinlər və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Tədbirdə Azərbaycan Prezidentinin Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, dövlət qurumlarının rəsmiləri, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında fəaliyyət göstərən Bərpa, Tikinti və İdarəetmə Xidmətinin nümayəndələri, həmçinin dövlət və özəl qurumların əməkdaşları, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak ediblər.

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir.

"Sizinxeber.az"un Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Azad Xankəndi torpağında yürüş edən hərbi qulluqçular, vətəndaşlar tərəfindən alqışlarla qarşılanıb.

Oxşar xəbərlər

Xankəndi şəhərində Silahlı Qüvvələrin 107-ci ildönümü qeyd edilir
Xankəndi şəhərində hərbçilərin yürüşü keçirilir
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB
Xankəndidə Silahlı Qüvvələr Günü münasibətilə hərbçilərin yürüşü keçirilib - YENİLƏNİB - VİDEO
Xankəndi, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İcraçı direktorunun 3 müavini olacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər