Maqdalena Qrono: Avropa İttifaqı Azərbaycan-Ermənistan sülh prosesinə dəstəyini davam etdirəcək
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Bakıya səfəri zamanı Azərbaycan rəsmiləri ilə görüşlərində regional vəziyyəti, Aİ-Azərbaycan münasibətlərini, eləcə də Azərbaycan və Ermənistan arasında sülh prosesinin perspektivlərini müzakirə edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Maqdalena Qrono "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Yenidən Bakıda olmaqdan və azərbaycanlı həmkarlarım, o cümlədən Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov, eləcə də xarici işlər nazirinin müavini Elnur Məmmədovla intensiv məsləhətləşmələr aparmaqdan məmnunam.
Müzakirələrimiz regional prosesləri, Aİ-Azərbaycan münasibətlərini, nəqliyyat bağlantısı sahəsindəki imkanları, Azərbaycan-Ermənistan sülh prosesini, habelə Avropa İttifaqının Azərbaycan və Ermənistanla qarşıdan gələn yüksək səviyyəli qarşılıqlı fəaliyyətini əhatə edib", - Aİ-nin xüsusi nümayəndəsi qeyd edib.
Bakı və İrəvan arasındakı sülh prosesindən danışan Maqdalena Qrono qeyd edib ki, Azərbaycan rəsmiləri ilə görüşlər zamanı tərəflər davamlı sülh sazişinin bağlanması yolunda əldə edilmiş müsbət dinamikanı qoruyub saxlamağın vacibliyini təsdiqləyiblər.
"Biz iki ölkə arasında davamlı sülh yolunda tarixi nəticələrin əldə olunmuş dinamikasını qoruyub saxlamağın zəruriliyi ilə bağlı razılığa gəldik. Avropa İttifaqı bu prosesə dəstəyini davam etdirəcək", - o bildirib.
Oxşar xəbərlər
Maqdalena Qrono: Aİ-nin ali nümayəndəsinin səfəri zamanı Azərbaycanla münasibətlərin bütün spektri nəzərdən keçirildi
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Maqdalena Qrono: Aİ minatəmizləmə və itkin düşmüş şəxslər məsələsini diqqətdə saxlayacaq
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana səfər edəcək - ƏLAVƏ OLUNUB
Aİ rəsmisi Ankarada Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
