

Tramp Baydenin məxfi məlumatlara çıxışını yasaqlayıb
ABŞ Prezidenti Donald Tramp sələfi Cozef Baydenin məxfi məlumatlara çıxışını məhdudlaşdırıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə dövlət başçısı “Truth Social” sosial şəbəkəsində yazıb.
“Co Baydenin məxfi məlumatlara çıxışını davam etdirməsinə heç bir ehtiyac yoxdur. Buna görə də biz dərhal Co Baydenin məxfi məlumatlara buraxılışını ləğv edir və onun üçün gündəlik kəşfiyyat brifinqlərini dayandırırıq”, – Tramp qeyd edib.
“O, 2021-ci ildə kəşfiyyat icmasına ABŞ-nin 45-ci prezidentinin (yəni mənim!) adətən keçmiş prezidentlərə verilən milli təhlükəsizliklə bağlı məlumatlara çıxışını qadağan etməyi tapşıranda bu presedenti yaratdı. Xüsusi prokuror Robert Hurun məruzəsi göstərdi ki, Bayden “yaddaş problemi”ndən əziyyət çəkir və hətta onun “ən yaxşı vaxtlarında” belə ona məxfi məlumatları etibar etmək olmazdı. Mən həmişə milli təhlükəsizliyimizi qoruyacağam. Co, sən azadsan”, – Tramp bildirib.
Oxşar xəbərlər
Baydenin məxfi məlumatlara girişi qadağan olundu
Tramp Baydenin oğlunu əfv etmək qərarını pisləyib
Tramp: Baydenin prezidentliyi dövründə ABŞ-da cinayət nəzarətdən çıxıb
Co Ukraynanı Rusiyaya verdi, Putinin kuklasıdır - Tramp
Bayden prezidentliyə namizədlərin təhlükəsizliyini gücləndirən qanunu imzalayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
