Səfir Tofiq Bəhramovdan danışıb: Ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq
“Azərbaycanla bir çox məsələdə baxışlarımız üst-üstə düşür. Məsələn, Ukrayna məsələsində biz Ukraynanın ərazi bütövlüyünə dair eyni mövqeyi bölüşürük. Birləşmiş Krallıq nə qədər lazım olarsa, Ukraynanın yanında olmağa davam edəcək. Təsadüfi deyil ki, Bakıda görüşdüyüm ilk şəxslərdən biri ukraynalı həmkarım oldu”.
Sizinxeber.az xəbər verir ki, bunu Böyük Britaniyanın səfiri Duncan Norman Bakıda Kral III Çarlzın ad günü ilə bağlı keçirilən tədbirdə deyib.
Səfir bildirib ki, Birləşmiş Krallıqda təhsil almağı seçən gənc azərbaycanlıların sayı ölkələr arasındakı əlaqələrin möhkəmliyini və Britaniya Şurasının bu istiqamətdə həyata keçirdiyi müstəsna fəaliyyətin nəticələrini əks etdirir.
“Dəstəkçilərdən söz düşmüşkən, onların arasında ən məşhurlarından birini qeyd etməmək mümkün deyil – Tofiq Bəhramov.
1966-cı il Dünya Çempionatının finalında İngiltərənin üçüncü qolunu ofsayd hesab etməyərək qüvvədə saxlayan yan xətt hakimi kimi o, İngiltərə futbol tarixində özünəməxsus yer tutub. Aradan altmış il keçməsinə baxmayaraq, İngiltərə azarkeşləri ona hələ də minnətdardırlar. Dünya Çempionatı başlayarkən ümid edək ki, bu dəfə İngiltərə yığmasının belə bir dəstəyə ehtiyacı olmayacaq.
Bununla belə, əsl əhəmiyyət daşıyan münasibət ölkələrimiz arasındakı tərəfdaşlıqdır. Gələcəyə nəzər saldıqda, mən Birləşmiş Krallıq-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etməsini, əhatə dairəsinin genişlənməsini və təsirinin artmasını görmək əzmindəyəm”.
Oxşar xəbərlər
Səfir: Böyük Britaniya ilə Azərbaycan arasında təhsil əlaqələri müstəsna xarakter daşıyır
Starmer Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə dair tarixi razılaşmaya ümid edir
Britaniya səfiri: Azərbaycanla müdafiə sahəsində münasibətlərimiz tarixinin ən güclü dövrünü yaşayır
Kobaxidze: Gürcüstanda “Maydan” olmayacaq
Britaniya səfiri: Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması Cənubi Qafqaz üçün dönüş nöqtəsi olacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tomas Tuxel: "Xorvatiyaya qarşı öz oyunumuzu tapmağımız üçün bir qədər vaxt lazım gəldi"
-
Bakıda İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarının açılış mərasimi keçirilir, Prezidenti İlham Əliyev tədbirdə iştirak edir - CANLI - YENİLƏNİB
-
DÇ-2026: İngiltərə Xorvatiyanı məğlub edib
-
Qana millisinin baş məşqçisi Karluş Keyroş: "Dünya çempionatında qələbə asan əldə olunmur"
-
CNN ABŞ və İran arasında əldə olunduğu bildirilən 14 maddəlik anlaşma memorandumunun tam mətnini dərc edib
-
DÇ-2026: İngiltərə - Xorvatiya oyununda hesab açılıb - YENİLƏNİR
