BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq
sizinxeber.az xəbər saytı

BMT: UNRWA-nın fəaliyyəti 48 saat ərzində dayandırılacaq


Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş İsrailin BMT-dəki daimi nümayəndəsi Denni Danona məktub göndərib.

“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, bu barədə BMT baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, Baş katib məktubda BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) İsrail torpaqlarında fəaliyyətinə davam etməsinə çağırıb: “Bizim mövqeyimiz beynəlxalq hüquqa əsaslanır və Fələstin xalqını dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik”.

Qeyd edək ki, ötən oktyabrın 28-də İsrail parlamenti UNRWA-nın ölkə ərazisindəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.

İsrailin BMT-dəki səfiri bu gün təşkilatın Təhlükəsizlik Şurasına çıxışı zamanı UNWRA-nın fəaliyyətinin 48 saat içində dayandırılacağını bildirib.

Xatırladaq ki, 1948-ci ildə yaradılmış Agentlik Yaxın Şərq regionunda 5 milyondan çox fələstinli qaçqına təhsil, səhiyyə, fövqəladə hallarda humanitar yardım, sosial xidmətlərin göstərilməsi sahəsində fəaliyyət göstərir.

Oxşar xəbərlər

BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Əlcəzair UNRWA ilə bağlı BMT TŞ-nin iclasını çağırmaq niyyətindədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail UNRWA sazişinin ləğvi barədə BMT-yə rəsmi məlumat verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə XİN: İsrailin UNRWA-ının fəaliyyətinə son qoymaq cəhdi beynəlxalq hüququ açıq şəkildə pozur [xfgiven_updateblue][/xfgiven_updateblue]
ÜST rəhbəri UNRWA qadağasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər