BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
BMT Təhlükəsizlik Şurasında (TŞ) üzv ölkələrin nümayəndələri İsrailin dünya təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) fəaliyyətini qadağan edən qanun layihəsi pislənib.
“Sizinxeber.az”un ABŞ bürosu xəbər verir ki, TŞ-də keçirilən xüsusi sessiyaya sədrlik edən İsveçrənin xarici işlər naziri İqnatsio Kassis BMT TŞ-nin qəbul etdiyi qərarların yerinə yetirilməməsini bildirib.
Nazir TŞ-nin qərarlarının təsirsiz olduğunu deyib: “Biz Qəzzada münaqişədən çıxış yolu tapmalıyıq: Qəzzaya humanitar yardımları artırılmalı, dağıntılar və zorakılığa son verilməlidir. Biz İsrail parlamentində qəbul edilmiş UNRWA-in fəaliyyətinin dayandırılması isə bağlı qərarı pisləyirik və BMT qurumlarına və onların səlahiyyətlərinə qarşı birtərəfli addımları rədd edirik”.
ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Linda Tomas Qrinfild UNRWA ilə bağlı qanundan narahatlıq duyduğunu vurğulayıb: “Bu otaqda nə qədər insan aclıqdan ölən bir uşağı seyr edib? Mən gördüm. ABŞ-nin İsrailin Cibaliya və ya başqa yerlərdə fələstinliləri aclıqdan öldürməsini qəbul etmirəm, İsrailin meydandakı fəaliyyəti onun sözləri ilə uyğun olmalıdır”. Qrinfild UNRWA-in yüzlərlə əməkdaşının HƏMAS-la heç bir əlaqəsinin olmadığını və onlara vəzifələrini yerinə yetirməsinə icazə verilməsinin vacib olduğunu deyib.
Qeyd edək ki, ötən gün İsrail parlamenti UNRWA-in Yaxın Şərqdəki fəaliyyətini qadağan edən qanunu təsdiqləyib.
Oxşar xəbərlər
ÜST rəhbəri UNRWA qadağasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
Türkiyə XİN: İsrailin UNRWA-ının fəaliyyətinə son qoymaq cəhdi beynəlxalq hüququ açıq şəkildə pozur
BMT-nin Qəzzada 200-dən çox əməkdaşı ölüb
UNRWA əlavə maliyyə almadığı təqdirdə fevralın sonuna qədər fəaliyyətini dayandıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













