Məhkəmə Cənubi Koreya Prezidentinin həbsini təsdiqləyib
Seul Mərkəzi Dairə Məhkəməsi Cənubi Koreya Pezidenti Yun Sok Yolun həbsinin qanuni olduğuna qərar verib.
“Report” xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıb.
Məhkəmə dövlət başçısının bütün iddialarını rədd edib.
Xatırladaq ki, Yun Sok-Yol müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 3-dən 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb. Dekabrın 14-də Koreya Respublikasının parlamenti Prezident Yun Sok-Yola impiçment elan edib.
Bundan sonra ordunun və təhlükəsizlik qüvvələrinin bir sıra yüksəkrütbəli zabitləri hərbi vəziyyətlə bağlı cinayət işi çərçivəsində saxlanılıb. Dekabrın əvvəlində məhkəmə Yun Sok Yol haqqında da həbs qərarı çıxarıb. Yanvarın 3-də sabiq dövlət başçısının saxlanılması üçün order alan müstəntiqlər prezident mühafizəçilərinin müqaviməti səbəbindən həbsi həyata keçirə bilməyiblər.
Oxşar xəbərlər
Cənubi Koreyada polis və prezidentin təhlükəsizliyi Yun Sok Yolu müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyada istefa verən keçmiş müdafiə naziri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreyanın Baş naziri və hökumətin 10 üzvü polisə dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinə xarici səfərlər qadağan edilə bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin ölkədən çıxışına qadağa qoyulub - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












