Cənubi Koreyada istefa verən keçmiş müdafiə naziri həbs edilib
sizinxeber.az xəbər saytı

Cənubi Koreyada istefa verən keçmiş müdafiə naziri həbs edilib


Cənubi Koreyanın hüquq-mühafizə orqanlarının əməkdaşları istefa verən ölkənin keçmiş müdafiə naziri Kim Yon Hyeni vətənə xəyanətdə şübhəli bilərək həbs ediblər.

“Report” xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.

Bundan əvvəl dekabrın 5-də istefa verən nazir Cənubi Koreya prokurorluğunda ifadə verib.

Kim Yon Hyen Koreya Respublikasının Prezidenti Yun Sok Yolun dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan etməsi ilə bağlı aparılan araşdırmalar çərçivəsində saxlanılıb.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

Dekabrın 4-də müxalifət hərbi vəziyyətin tətbiqi üçün heç bir əsas olmadığından prezidentin konstitusiyanı pozduğunu hesab edərək parlamentdə impiçment proseduruna başlayıb. Dekabrın 7-də Yun Sok Yolun impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb.

Oxşar xəbərlər

Qazaxıstan və Cənubi Koreya müdafiə nazirlərinin görüşü ləğv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Cənubi Koreyada hərbi vəziyyətin ləğvini alqışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya ordusunun hərbi vəziyyət rəhbəri istefa verəcəyini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Koreya yarımadası nüvə müharibəsinin astanasında olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər