Cənubi Koreya Prezidentinə xarici səfərlər qadağan edilə bilər
sizinxeber.az xəbər saytı

Cənubi Koreya Prezidentinə xarici səfərlər qadağan edilə bilər


Cənubi Koreya polisi Prezident Yun Sok Yolun xarici səfərlərinin qadağan edilməsi məsələsini nəzərdən keçirir.

"Report" "Associated Press"ə xəbər verir ki, buna səbəb onun ölkədə hərbi vəziyyət tətbiq etmək cəhdi olub.

Bildirilib ki, əsas müxalifət Demokratik Partiya prezidentin hərbi vəziyyət tətbiq etməsini "qeyri-konstitusion, qanunsuz qiyam və çevriliş" adlandırıb. Siyasi qüvvələr prezident və keçmiş müdafiə naziri də daxil olmaqla azı 9 nəfər barəsində polisə şikayət edib.

Dövlət başçısı vəzifədə olduğu müddətdə barəsində məhkəmə istintaqı aparılmaması hüququna malik olsa da, bu, qiyam və ya dövlətə xəyanət ittihamlarına şamil edilmir.

Xatırladaq ki, Koreya Respublikasının Prezidenti müxalifəti qiyama yönələn fəaliyyətdə günahlandıraraq dekabrın 3-də gecə saatlarında ölkədə fövqəladə hərbi vəziyyət rejimi elan edib. Dekabrın 4-nə keçən gecə məsələ parlamentdə səsverməyə çıxarılıb və prezidentdən hərbi vəziyyətin ləğv olunmasını tələb edən qətnamə qəbul olunub. Nəticədə dövlət başçısı təxminən 6 saat davam edən hərbi vəziyyət rejimini ləğv etmək məcburiyyətində qalıb.

Oxşar xəbərlər

Cənubi Koreyada istefa verən keçmiş müdafiə naziri həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidenti qiyam cəhdində şübhəli bilinir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Quterreş Cənubi Koreyada hərbi vəziyyətin ləğvini alqışlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidenti hərbi vəziyyətə görə üzr istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Cənubi Koreya Prezidentinin impiçmenti parlamentdə kvorum olmadığı üçün baş tutmayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər