Ağ Ev Ukraynada sülhün əldə olunacağına nikbin baxır
“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp inauqurasiyasından sonra Ukrayna münaqişəsinin həlli ilə bağlı razılaşmaların əldə olunmasına kömək edə bilər, lakin o, Kiyevə silah verməkdən imtina etməməlidir”.
“Report” xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Biz hamımız seçilmiş prezident Trampın Ukraynaya hərbi yardımın davam etdirilməsi ilə bağlı narahatlığını ifadə etdiyini eşitmişik, lakin Donald Trampın daha uzun müddətdir ki, Amerika üçün yaxşı sövdələşmə əldə etməli olduğuna inamını ifadə etdiyini eşitmişik. Amerika üçün yaxşı sövdələşmə o deməkdir ki, bizə rıçaq lazımdır və bu rıçaq Ukraynaya davamlı hərbi yardımdır”, - deyə o əlavə edib.
Onun sözlərinə görə, respublikaçı Rusiyaya siqnal göndərməlidir: “Ədalətli sülh bərqərar olmayınca ABŞ və Avropa Ukraynanı dəstəkləməyə davam edəcək. Ancaq Ukraynanın altından xalçanı çıxarsaq, onlara daha heç nə verməyəcəyimizi desək, Putinin təklif etdiyi hər hansı şərtləri qəbul etsək, düşünürəm ki, son nəticədə uzunmüddətli perspektivdə Amerikanın maraqlarına ciddi ziyan dəyəcək”.
Oxşar xəbərlər
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ağ Ev: Ukrayna ABŞ-ın köməyi olmadan Rusiya ilə danışıqlarda zəifləyəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
The Guardian: Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Politico: Bayden Trampın andiçməsinədək Ukraynaya silah üçün 6 milyard dollar xərcləməyi planlaşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












