KİV: Trampın komandası müharibəyə son qoymaq üçün Bayden administrasiyası və Ukrayna ilə danışıqlar aparır
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın komandası Ukraynadakı münaqişəyə son qoymaq üçün hazırkı Amerika administrasiyası və Ukrayna rəsmiləri ilə danışıqlar aparır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin “NBC News” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, Trampın müşavirləri və onun administrasiyasında vəzifələrə namizədlər hələ ki planın konkret təfərrüatlarını açıqlamayıblar.
Mənbələr qeyd edir ki, Tramp Ukrayna Silahlı Qüvvələrinin cəbhədəki hazırkı uğurlarına görə Ukraynadan daha çox Kremlin mövqeyində çətinliklər görür. Eyni zamanda, Trampın komandası, yəqin ki, Ukraynanın NATO-ya daxil olmaq istəyini dəstəkləməyəcək. Lakin alyansın bəzi ölkələrinin təhlükəsizlik zəmanətləri nəzərdən keçirilir.
Xatırladaq ki, Tramp daha əvvəl ABŞ-nin Ukraynanı dəstəksiz qoymayacağını və bunun sülh nizamlanmasına nail olmaq üçün zəruri olduğunu bildirib.
Oxşar xəbərlər
Uolts: Tramp Ukrayna məsələsində hazırkı administrasiya ilə işləyəcək
Trampın komandası Kiyev və Ağ Evlə atəşkəs barədə danışıqlar aparıb
Reuters: Trampın qərargahı onun müşavirinin Ukrayna ilə bağlı bəyanatından imtina edib
Tramp: ABŞ Ukraynanı dəstəksiz qoymayacaq
Reuters: Tramp KXDR lideri ilə birbaşa danışıqlar aparmağı düşünür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













