Dövlət Departamenti İsraili UNRWA-i qadağan edən qanunun icrasının nəticələri barədə xəbərdar edib
BMT-nin Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) fəaliyyətinin qadağan edilməsi haqqında qanunun tətbiqi ABŞ siyasəti baxımından İsrail üçün nəticələrə səbəb ola bilər.
“Sizinxeber.az” xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün müntəzəm brifinqdə bildirib.
Onun sözlərinə görə, bu qanunun icrası Amerika qanunları və siyasətinə uyğun olaraq nəticələrə səbəb ola bilər.
“Növbəti günlərdə biz İsrail hökuməti ilə onların bu qanunu necə həyata keçirəcəyini müzakirə edəcəyik”, – Miller əlavə edib. “Biz qanunla bağlı hüquqi problemlərin olub-olmadığını, bu hüquqi problemlərin hər hansı təsir göstərib-göstərməyəcəyini araşdıracağıq və bütün bu amilləri nəzərdən keçirdikdən sonra qərar verəcəyik”.
Oxşar xəbərlər
ÜST rəhbəri UNRWA qadağasının dağıdıcı nəticələri barədə xəbərdarlıq edib
Knesset BMT agentliyinin İsraildə fəaliyyətini qadağan edən qanunu təsdiqləyib
BMT TŞ-nin üzvləri İsraili UNRWA-in fəaliyyətini qadağan edən qanuna görə tənqid edib
ABŞ: İsrailə hücum olacağı təqdirdə müdafiə edəcəyik
Dövlət Departamenti: İrandakı partlayışlarda ABŞ və İsrailin əli yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İradə İmanbəyliyə vəzifə verildi












