Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub
sizinxeber.az xəbər saytı

Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yaz semestrinin yay imtahan sessiyasının gedişi ilə tanış olub.

Rektor əvvəlcə Stomatologiya fakültəsinin buraxılış kursu tələbələri üçün Uşaq Stomatologiyası fənni üzrə Tədris Stomatoloji Klinikasının Tədris Mərkəzində klinik bacarıqların qiymətləndirilməsi məqsədilə təşkil olunmuş yekun imtahan prosesini izləyib.

İmtahan zamanı tələbələrin nəzəri biliklərinin və praktik vərdişlərinin qiymətləndirilməsi mərhələləri ilə yaxından tanış olan professor Gəray Gəraybəyli imtahanın təşkili və keçirilməsi barədə tələbələrin fikirlərini də dinləyib.

Daha sonra rektor universitetin 5 saylı Tədris korpusunda yerləşən imtahan zalına baş çəkərək müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr üçün test üsulu ilə təşkil olunmuş imtahanların gedişini müşahidə edib.

Professor Gəray Gəraybəyli imtahan prosesinin şəffaf, obyektiv və mövcud normativ tələblərə uyğun şəkildə təşkil olunduğunu qeyd edib.

Rektor Gəray Gəraybəyli 2025–2026-cı tədris ilinin yay imtahan sessiyasının gedişi ilə tanış olub

Oxşar xəbərlər

ATU-da tibb ixtisasları üzrə yeni tədris proqramlarının ilkin müzakirəsi keçirilib
ATU-nun nümayəndə heyəti Azərbaycanlı Həkimlərin Berlin Qurultayında iştirak edib
UNEC-in Elmi Şurasının yeni tədris ilində ilk iclası keçirilib
DİM sədri: Yeni imtahan modeli tədris prosesini daha məqsədyönlü planlaşdırmağa imkan verəcək
Ötən tədris ilində Azərbaycanda 200 tələbə vəfat edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər