Ərdoğan: Baydenin Qəzza təşəbbüsü gecikmiş, amma vacib addımdır
sizinxeber.az xəbər saytı

Ərdoğan: Baydenin Qəzza təşəbbüsü gecikmiş, amma vacib addımdır


ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəsin təmin edilməsi üzrə yeni təşəbbüs başlatmaqla bağlı bu yaxınlarda verdiyi bəyanat çox gecikmiş, amma vacib addımdır.

“Sizinxeber.az” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Oman Sultanı Heysəm bin Tarik əl-Səidlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Ərdoğan bildirib ki, Qəzzada təcili, ədalətli və davamlı atəşkəs olmadan regional və qlobal sülh əldə edilə bilməz.

“Bu münaqişələr başlayandan biz davamlı atəşkəsin təmin edilməsi üçün vasitəçilik və ya zəmanət vasitəsilə əlimizdən gələn hər şeyi etməyə hazır olduğumuzu dəfələrlə bəyan etmişik. Biz bu gün də eyni mövqedəyik”, - o söyləyib.

Oxşar xəbərlər

Ərdoğan: Baydenin atəşkəs barədə açıqlaması çox gec, lakin mühüm addımdır
Ərdoğan: Azərbaycan və Ermənistan arasında davamlı sülh üçün ortaya qoyulan bütün səyləri dəstəkləyirik
Ərdoğan: Türkiyəni regional və qlobal gücə çevirmək üçün çalışırıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər