Erlinq Holann 25 yaşadək ən çox qazanan idmançıların reytinq siyahısına başçılıq edir » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2026
22:00
ff aaaaaaa

Erlinq Holann 25 yaşadək ən çox qazanan idmançıların reytinq siyahısına başçılıq edir

26 may, 2026
22:00
939

Erlinq Holann 25 yaşadək ən çox qazanan idmançıların reytinq siyahısına başçılıq edir

ABŞ-nin nüfuzlu biznes jurnalı "Forbes" 2026-cı il üzrə 25 yaşadək ən çox qazanan idmançıların reytinqini açıqlayıb.

"Report" xəbər verir ki, siyahıya İngiltərənin "Mançester Siti" klubunda və Norveç millisində çıxış edən Erlinq Holann liderlik edir.

O, son bir il ərzində ümumilikdə 80 milyon ABŞ dolları gəlir əldə edib. Bu məbləğin 60 milyonu idman fəaliyyətindən, 20 milyon dolları isə sponsorluq və reklam müqavilələrindən əldə olunub.

Reytinqdə ikinci yeri ABŞ basketbolçusu Entoni Edvards 69 milyon dollarla tutub. Üçüncü sırada İspaniya tennisçisi Karlos Alkaras 61,5 milyon dollar gəlirlə qərarlaşıb.

Dördüncü yerdə Braziliyalı futbolçu Vinisius Junior (60 milyon dollar) yer alıb. ABŞ basketbolçusu Keyd Kaninqem (58,6 milyon dollar) beşinci, italiyalı tennisçisi Yannik Sinner (54,6 milyon dollar) isə altıncı yerin sahibi olub.

"Forbes"in hesabatına əsasən, siyahı idmançıların həm klub və turnir gəlirlərini, həm də reklam və sponsorluq qazancını əhatə edir.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul