Ficidə ABŞ hərbçilərinin yerləşdirilməsi barədə saziş hazırlanır
Birləşmiş Ştatlar Ficidə ABŞ Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsinə imkan verəcək saziş imzalamaq niyyətindədir.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostin Fici Baş naziri Sitiveni Rabuka ilə birgə mətbuat konfransında açıqlayıb.
“Biz silahlı qüvvələrin statusu haqqında saziş üzrə danışıqlara başlamağı elan edirik. Bu sazişin bağlanması təlimlərin və hərbi qarşılıqlı fəaliyyətin artırılması hesabına ikitərəfli müdafiə əməkdaşlığını genişləndirməyə imkan verəcək”, – o bildirib.
Pentaqon rəhbəri qeyd edib ki, saziş ABŞ-yə “Ficinin dəstəklənməsi üçün qüvvələri yerləşdirməyə və ficililərlə təlimlər keçirməyə” imkan verəcək. Eyni zamanda o vurğulayıb ki, ABŞ adada daimi hərbi baza yaratmaq niyyətində deyil.
“Bizim burada, Ficidə hər hansı daimi baza yaratmaq niyyətimiz yoxdur”, – Ostin vurğulayıb.
Oxşar xəbərlər
Yaponiya ABŞ-nin Avstraliyadakı hərbi təlimlərinə qoşulacaq
Pentaqon İsrailə görə Yaxın Şərqdəki qüvvələrinin yerini dəyişəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Arka sokaklar"ın bütün aktyorları "öldü"
-
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
-
Xankəndidəki Mədəniyyət Mərkəzində mədəni-kütləvi tədbirlərin təşkili, kino və səhnə fəaliyyəti üçün zəruri şərait yaradılıb - FOTO
-
Nikoşur Dan Rusiyanın Konstansa şəhərindəki baş konsulunu "persona non-grata" elan edib
-
Putin Ermənistanın Aİİ-dən çıxmasının nəticələrindən danışıb
-
FHN-in Aran Regional Mərkəzi zona birinciliyi keçirib - FOTO
