AMB xüsusi tənzimləmə rejimi üzrə yeni müraciətlərin qəbuluna başlayır
sizinxeber.az xəbər saytı

AMB xüsusi tənzimləmə rejimi üzrə yeni müraciətlərin qəbuluna başlayır


Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi tənzimləmə rejimi (sandbox) çərçivəsində innovativ maliyyə məhsullarının sınağı üçün yeni müraciət dövrünü elan edib.

AMB-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, müraciətlərin qəbulu 25 iyun 2026-cı il tarixində başlayacaq və 25 avqust 2026-cı il tarixinədək davam edəcək.

Bildirilib ki, 2024–2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişaf Strategiyası çərçivəsində həyata keçirilən xüsusi tənzimləmə rejimi innovativ maliyyə məhsullarının məhdud çərçivədə və Mərkəzi Bankın nəzarəti altında sınaqdan keçirilməsinə imkan yaradır.

Məlumata əsasən, xüsusi tənzimləmə rejiminin meyarlarına uyğun gələn innovativ maliyyə məhsullarının sınağı Mərkəzi Bank ilə bağlanacaq müqavilə əsasında həyata keçiriləcək.

AMB qeyd edib ki, əvvəlki qəbul dövrlərində seçilmiş innovativ məhsullar üzrə sınaq layihələrinin icrası hazırda davam edir. Həmin layihələr ödəniş xidmətləri, kapital bazarları və virtual aktivlərlə bağlı innovativ maliyyə həllərini əhatə edir.

Xüsusi tənzimləmə rejimində iştirak etmək istəyən şəxslər “Xüsusi tənzimləmə rejiminin tətbiqi Qaydaları”nın 4.2-ci bəndində nəzərdə tutulan sənəd və məlumatları müraciətlərin qəbulu başladıqdan sonra AMB-nin xüsusi sandbox platforması vasitəsilə təqdim edə biləcəklər.

Oxşar xəbərlər

Mərkəzi Bank xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna başlayır
Mərkəzi Bank xüsusi tənzimləmə rejimi ilə bağlı müraciətlərin növbəti qəbuluna başlayıb
AMB xüsusi tənzimləmə rejimi üçün növbəti müraciətlərin qəbuluna başlayır
AMB xüsusi tənzimləmə rejimində iştirakla bağlı müraciətlərin qiymətləndirilməsinə başlayıb
AMB xüsusi tənzimləmə rejiminə qəbul edilən məhsulların sayını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər