Tramp Ermənistanda parlament seçkilərində Paşinyanı dəstəklədiyini bildirib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
28 
may
2026
10:00
0
0
1 018
ff aaaaaaa

Tramp Ermənistanda parlament seçkilərində Paşinyanı dəstəklədiyini bildirib

28 may, 2026
10:00
1 018

Tramp Ermənistanda parlament seçkilərində Paşinyanı dəstəklədiyini bildirib

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı ölkədə iyunun 7-də keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.

"Mən Nikolun 7 iyun 2026-cı ildə yenidən seçilməsinin tərəfdarıyam", - ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio "hər iki ölkə üçün vacib olan bir neçə sövdələşmə üzrə" irəliləyişin təmin edilməsi məqsədilə Ermənistana səfər edib.

Prezident əlavə edib ki, ABŞ və Ermənistan tezliklə Cənubi Qafqazı dəyişdirəcək və ABŞ enerji şirkətlərinin regionun resurslarına çıxışını təmin edəcək "Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayacaq.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul