Ukrayna Tuapse NEZ-in və Rusiyanın hərbi obyektlərinin vurulduğunu bildirib
sizinxeber.az xəbər saytı

Ukrayna Tuapse NEZ-in və Rusiyanın hərbi obyektlərinin vurulduğunu bildirib


Ukraynanın müdafiə qüvvələri Rusiyanın Krasnodar diyarının Tuapse şəhərindəki "Tuapse" neft emalı zavodunun (NEZ) vurulduğunu bildirib.

Bu barədə "Sizinxeber.az" Ukrayna Silahlı Qüvvələrinin teleqram kanalına istinadən xəbər verir.

Ukrayna tərəfinin məlumatına görə, 2026-cı il gecə mayın 27-si Tuapse NEZ-in ərazisində yanğın və tüstülənmə qeydə alınıb.

"Tuapse" NEZ Rusiyanın cənubundakı ən böyük neft emalı müəssisələrindən biridir. Emal gücü ildə təxminən 12 milyon ton neft təşkil edir. Müəssisə Rusiyanın silahlı qüvvələrinin təminatı da daxil olmaqla yanacaq istehsal edir.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın işğal etdiyi Luqansk vilayəti ərazisindəki rus bölmələrinin komanda məntəqələrinin, həmçinin Rusiyanın nəzarət etdiyi Ukraynanın Zaporojye vilayəti hissəsindəki maddi-texniki təminat anbarının və pilotsuz uçuş aparatları istehsalı obyektinin vurulduğunu bəyan edib.

Həmçinin bildirilib ki, Ukraynanın Hava Qüvvələri havadan atılan "Storm Shadow" raketlərini tətbiq edərək, Rusiya hərbi hava qüvvələrinin kəşfiyyat avtomatlaşdırma vasitələrinin proqram-aparat komplekslərini Voronej (Voronej vilayəti, Rusiya), Taqanroq (Rostov vilayəti, Rusiya) və Sevastopol (işğal olunmuş Krım) rayonlarında vurublar.

Oxşar xəbərlər

Ukraynanın Tuapsedəki obyektlərə zərbələri nəticəsində dəyən zərərin məbləği açıqlanıb
Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib
Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
Ukrayna Tuapse şəhərinə hücum edib, ölən və yaralananlar var
Ukrayna Tuapse yaxınlığında sanksiya altında olan tankeri vurub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər