İspaniya müxalifəti hava şəraiti ilə bağlı fövqəladə vəziyyət elan olunmasını tələb edir
İspaniyada müxalifət fəlakətdən zərər çəkənlərə təcili yardım paketini təsdiqləmək üçün sosialist Pedro Sançesin hökumətini dəstəkləməyə hazırdır.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İspaniya müxalifətinin lideri və mühafizəkar Xalq Partiyasının sədri Alberto Nunyes Feyxoo bildirib.
Qeyd olunur ki, Feyxoo 200-dən çox insanın ölümü ilə nəticələnən yağış və daşqınlar ilə bağlı ölkədə fövqəladə vəziyyət elan edilməsini tələb edib.
Müxalifət lideri bildirib ki, mühafizəkarlar milli səviyyədə fövqəladə vəziyyətin elan olunmasını tələb edirlər. Onun sözlərinə görə, müxalifət sosialist Pedro Sançes hökumətinə təbii fəlakətdən zərər çəkənlərə təcili yardım paketini təsdiqləmək, eləcə də Avropa institutlarından kömək istəmək üçün dəstəkləməyə hazırdır.
Oxşar xəbərlər
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 211 nəfərə çatıb
İspaniyada daşqınlarda ölənlərin sayı 158 nəfərə çatıb
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5
İspaniya Milli Meteorologiya Xidməti ən yüksək hava xəbərdarlığı elan edib
KİV: Müxalifət “Hizbullah”dan silahlarını Livan ordusuna təhvil verməsini tələb edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













