Ombudsman Yevlax və Xaçmazda qaraçıların sosial vəziyyətini araşdırıb
sizinxeber.az xəbər saytı

Ombudsman Yevlax və Xaçmazda qaraçıların sosial vəziyyətini araşdırıb


Azərbaycan Ombudsmanı romanilərin (qaraçıların) sosial vəziyyəti ilə bağlı monitorinq həyata keçirib.

"Report" xəbər verir ki, bunu Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının Bərabərlik və ayrı-seçkilik üzrə monitorinq şöbəsinin müdiri Cavidan Qorciyev Bakıda keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfransda bildirib.

Onun sözlərinə görə, Ombudsman tərəfindən insan hüquqlarının müdafiəsi və bərabərlik hüququnun təmin edilməsi istiqamətində müxtəlif mövzular üzrə monitorinqlər aparılıb və hesabatlar hazırlanıb:

"Nəşr etdiyimiz monitorinq hesabatları sırasında Yevlax və Xaçmaz regional mərkəzləri üzrə romanilərin (qaraçıların) sosial vəziyyətinə dair araşdırma da yer alır. Monitorinqlərin məqsədi həssas əhali qruplarının hüquqlarının müdafiəsini gücləndirmək, mövcud problemləri müəyyənləşdirmək və aidiyyəti dövlət qurumlarına müvafiq tövsiyələr təqdim etməkdir.

Ombudsman bərabərlik hüququnun təmin olunması, ayrı-seçkiliyin qarşısının alınması və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində fəaliyyətini davam etdirir".

Oxşar xəbərlər

Əlilliyi olan şəxslər və uşaqlarla bağlı monitorinq qrupları yaradılıb
DMX-nin əməkdaşları üçün uşaq hüquqlarının müdafiəsinə dair təlim keçirilib
Səbinə Əliyeva: Müxtəlif əhali qruplarının hüquqlarının müdafiəsində ayrı-seçkiliyə yol verilmir
Ombudsman əməkdaşları Quba və Qusardakı təhsil müəssisələrində monitorinq aparıblar
Səbinə Əliyeva monteneqrolu həmkarı ilə əməkdaşlığı müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər