İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir
sizinxeber.az xəbər saytı

İlahiyyat İnstitutunda qanvermə aksiyası keçirilir


Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir.

"Report" xəbər verir ki, aksiya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Səhiyyə Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Gənclər Fondu, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Respublika Qan Bankı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Azərbaycan İlahiyyat İnstitutu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Bakı İlahiyyat Kolleci, Azərbaycan Milli QHT Forumu, Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə keçirilir.

Aksiyada dövlət rəsmiləri, qeyri-hökumət təşkilatlarının üzvləri, eləcə də müxtəlif dövlət qurumlarını təmsil edən 100-dək könüllü və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Qanvermə aksiyasının keçirilməsində əsas məqsəd Aşura ilə bağlı bəzi yanlış təsəvvür və adətlərin aradan qaldırılmasına, bu günün mahiyyətinin düzgün izahına, dini mərasimlərin xeyirxahlıq, yardımlaşma, insanpərvərlik dəyərləri əsasında təşviqinə töhfə vermək, eyni zamanda sosial məsuliyyət hissini gücləndirməkdir.

Aksiya zamanı toplanan qan hemofiliya və talassemiya, həmçinin digər xəstəliklərdən əziyyət çəkən insanların müalicəsində istifadə olunacaq.

Oxşar xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilir
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir
DQİDK-nin dəstəyi ilə İlahiyyat İnistutunda layihə həyata keçirilir
Ramin Məmmədov İlahiyyat İnstitutunun məzunlarını milli-mənəvi dəyərləri qorumağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər