İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb - YENİLƏNİB-5
İspaniyada intensiv yağışlar və sel nəticəsində ölənlərin sayı 95 nəfərə çatıb.
“Report”un məlumatına görə, bu barədə Regional Təcili Yardım Xidməti xəbər verib.
Qeyd olunur ki, 92 nəfər Valensiyada, 2 nəfər Kastilya-La-Mança (Madridin cənubunda) və 1 nəfər Malaqada həyatını itirib.
Oktyabrın 29-da cənub və şərq İspaniyada intensiv yağışlar avtomobil, dəmir yolu və hava əlaqələrini pozub. Ən çox zərər çəkən bölgələrin hakimiyyəti sakinləri evlərini tərk etməməyə çağırıb.
Meteoroloqların proqnozlarına görə, kəskin hava şəraiti 31 oktyabra qədər davam edəcək.
Ölkədə çoxsaylı insan tələfatı ilə bağlı matəm elan edilib.
Hazırda kralıqda 8 bölgə (Əndəlüs, Valensiya icması, Araqon, Kastiya və Leon, Kataloniya, Ekstremadura, Navarra, Seuta) hələ də güclü yağışlar və sel təhlükəsi altındadır.
Vəziyyətlə əlaqədar olaraq, ölkənin fövqəladə vəziyyətlər bölməsi Valensiya əyalətində 1 000-dən çox hərbçini yerləşdirərək, yerli Fövqəladə Halların Koordinasiya Mərkəzi ilə birlikdə leysanların nəticələri ilə mübarizə aparır.
İspaniyanın Valensiya şəhərində daşqınlar nəticəsində ölənlərin sayı 92 nəfərə çatıb, ölkənin digər iki bölgəsində də 3 nəfərin öldüyü bildirilir.
"Report"un xəbərinə görə, bu barədə Regional Fövqəladə Hallar Xidməti “X” sosial şəbəkəsində məlumat yayıb.
Departament bildirib ki, bu, ölkə tarixində ən böyük təbii fəlakətlərdən biridir.
Qeyd olunur ki, krallığın şərqində dəmir yolu əlaqəsi hələ də pozulur, onlarla marşrut bağlanıb. Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi cəlb edilib.
İspaniyanın cənub-şərqində güclü yağışlarla müşayiət olunan fırtına və onların səbəb olduğu daşqınlar nəticəsində azı 72 nəfər dünyasını dəyişib.
“Report” xəbər verir ki, bu barədə “El Pais” qəzeti məlumat yayıb.
Qeyd olunur ki, təbii fəlakət səbəbindən dəmir yolu əlaqəsi kəsilib, onlarla aviareys təxirə salınıb. Əlverişsiz hava şəraiti ən çox Valensiya Muxtar İcmasının infrastrukturuna ziyan vurub.
Xilasetmə işləri davam edir, prosesə yüzlərlə hərbçi də cəlb olunub.
İspaniya Milli Meteorologiya Xidməti güclü yağışların qeydə alındığı region üçün “qırmızı” – ən yüksək hava xəbərdarlığı elan edib.
“Report” xəbər verir ki, bu barədə “El Mundo” yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Sinoptiklərin məlumatına görə, yağışlar azı cümə axşamına kimi davam edəcək.
Səlahiyyətlilərin məlumatına görə, Valensiya və Kastiliya La Mança güclü yağışların yaratdığı daşqınlardan ən çox zərər çəkən bölgələrdir.
Valensiya əyalətinin müxtəlif şəhərlərində 62 meyit tapıldığı, 1 nəfərin itkin düşdüyü bəllidir. Kastiliya La Mançada isə 2 meyit tapılıb, 5 nəfər isə axtarılır.
EFE xəbər verir ki, İspaniyanın Baş naziri Pedro Sançes onlarla şəhərin su altında qaldığını bildirib və əhali üçün təhlükənin hələ keçmədiyi barədə xəbərdarlıq edib.
Yerli KİV-in məlumatına görə, Valensiyada daha əvvəl 400-ə yaxın insan təxliyə edilib, oktyabrın 30-da məktəblərdə dərslər, eləcə də bu tarixə təyin olunan idman tədbirləri ləğv edilib, parklar bağlanıb.
İspaniyanın Valensiya muxtar icmasında leysan yağışları və daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
İspaniyanın cənub-şərqində güclü daşqınlar nəticəsində ən azı 51 nəfər ölüb.
“Report” CNN-ə istinadən xəbər verir ki, bu barədə Valensiya bölgəsinin hökuməti məlumat yayıb.
İspaniyanın cənub-şərqinə yağan güclü leysan yağışları nəticəsində bir çox ərazilər su altında qalıb, dəmir yolu və hava nəqliyyatının fəaliyyəti pozulub. Bəzi yerlərdə yağıntının günlük miqdarı aylıq normadan çox olub.
Oxşar xəbərlər
İspaniyada yağış və daşqınlar nəticəsində ölənlərin sayı 90 nəfəri ötüb - YENİLƏNİB-4
İspaniyada daşqınlar nəticəsində ölənlərin sayı 70 nəfəri keçib - YENİLƏNİB-3
Valensiyada daşqınlar nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb - YENİLƏNİB
İspaniya Milli Meteorologiya Xidməti ən yüksək hava xəbərdarlığı elan edib
İspaniyada daşqın qurbanları üçün matəm elan edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda avtomobil mühərriki yağlarının qablaşdırılması sexində yanğın olub
-
ABŞ-nin 75 milyondan çox seçicisi prezident seçkilərində erkən səs verib
-
Qəzzanın şimalında uşaqların poliomielitə qarşı vaksinasiyası bərpa olunub
-
Qəzzada ölənlərin sayı 43,3 mini ötüb
-
KİV: ABŞ seçkilərdən sonra digər dövlətlərin ölkədə sabitliyi pozmaq cəhdlərinə hazırlaşır
-
COP29 və COP30 ölkələrinin QHT-ləri arasında görüş keçirilib