Paşinyan Ermənistanla bağlı qərara görə Aİİ-ni tənqid edib
Ermənistanın Baş naziri Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın sonlarında ölkəsi ilə bağlı qəbul etdiyi qərarı tənqid edib.
"Report" Ermənistan mediasına istinadən xəbər verir ki, o, bu barədə hökumətin iclasında bildirib.
"Əlbəttə, mənim iştirakım olmadan qəbul etdikləri bəyanatla bağlı həmkarlarıma suallarım var və bunun təcrübədə nə demək olduğunu anlamalıyıq. Başa düşməliyik ki, Aİİ-nin hər hansı bir ölkəsi yuxudan oyanıb istənilən ölkəyə qarşı belə qərarlar qəbul edə bilərmi? Mənim qiymətləndirməmə görə, əgər bu sualın cavabı müsbətdirsə, o zaman Aİİ özünü buraxdığını elan edir. Biz isə nəticə çıxarmalıyıq. Çox aydın bir cavab olmalıdır: Aİİ mövcuddur, ya yox? Əgər mövcuddursa, o zaman biz mövqe tutacağıq, mövcud deyilsə, o zaman xüsusi bir mövqe tutmağa ehtiyac qalmayacaq", - deyə o bildirib.
Bundan başqa, Paşinyan hesab edir ki, Rusiyanın Ermənistandan idxala, eləcə də Ermənistan mallarının ölkə ərazisindən digər Aİİ ölkələrinə ixracına tətbiq etdiyi məhdudiyyətlər ən azı təşkilatın bir sıra üzvlərində çox ciddi narahatlıq yaradacaq.
"Avrasiya İqtisadi İttifaqı bir neçə konseptual müddəaya əsaslanır: işçi qüvvəsinin, malların, xidmətlərin və maliyyənin sərbəst hərəkəti. Əgər bu yoxdursa, deməli, Avrasiya İqtisadi İttifaqı da yoxdur", - o vurğulayıb.
Oxşar xəbərlər
Paşinyan Aİİ-nin bəyanatını sərt tənqid edib: Cavab verməlidirlər ki, təşkilat mövcuddurmu, yoxsa yox?
Paşinyan: Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur
Paşinyan ATƏT-in Minsk qrupunun buraxılmasını məqsədəuyğun hesab edir
Paşinyan: Rusiyanın Ermənistan məhsullarına tətbiq etdiyi qadağa siyasi təzyiqdir
Paşinyan: Ermənistan eyni vaxtda Aİİ və Aİ üzvü ola bilməz
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
-
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
ABB bəzi kart əməliyyatları ilə bağlı texniki problem yarandığını açıqlayıb
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
