sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Almaniyada kişi 4 nəfəri bıçaqla yaralayıb
Mərkəzi Almaniyada Fallştedt şəhərində (Aşağı Saksoniya federal torpağında Fexelde icmasına aiddir) bir kişi bıçaqla hücum edərək dörd nəfəri yaralayıb.
“Report” xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Bildirilib ki, oktyabrın 19-da Bakı vaxtı ilə təxminən saat 17:30 radələrində 32 yaşlı kişi “fərq qoymadan” bölgə sakinlərinə bıçaqla hücum edib.
Qeyd olunub ki, olayda 18, 66 və 73 yaşlı üç kişi, həmçinin 48 yaşlı qadın yaralanıb və daha sonra xəstəxanaya yerləşdirilib. Məlumata görə, zərərçəkmişlər səkini süpürürmüş və ya öz həyətyanı sahələrində olublar.
Nəşrin məlumatına görə, şübhəli şəxs polis tərəfindən saxlanılıb. Hadisənin təfərrüatları araşdırılır.
Oxşar xəbərlər
Almaniyada qadın bıçaqla 5 nəfəri yaralayıb
Almaniyada Solingen hücumunda şübhəli bilinən şəxs polisə təslim olub
Şanxayda bıçaqlı şəxs 3 nəfəri qətlə yetirib, 15 nəfəri yaralayıb
Almaniyada bıçaqlı hücum: 3 nəfər ölüb, 9-u yaralanıb
Sumqayıtda 29 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













