Budanov Varşavanın Zelenski ilə bağlı qərarına etiraz olaraq Polşanın dövlət mükafatından imtina edib
Ukrayna Prezidenti Ofisinin rəhbəri Kirill Budanov Polşa Prezidenti Karol Navrotskinin tarixi mübahisə fonunda Ukrayna lideri Volodimir Zelenskini Polşanın ən ali ordenlərindən birindən məhrum etməsindən sonra Polşa dövlət mükafatından imtina etdiyini bildirib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Varşavanın qərarına səbəb Zelenskinin bölmələrdən birinin adını dəyişdirərək ona Polşada polyakların kütləvi qətllərində ittiham olunan İkinci Dünya müharibəsi dövrünün ukraynalı üsyançılarının adını verməsi olub.
Buna cavab olaraq K.Budanov ötən il aldığı Polşa Respublikasının "Xidmətlərə görə" ordeninin Qızıl Zabit xaçından imtina etdiyini bildirib və Polşa tərəfinin qərarını Rusiya üçün "hədiyyə" adlandırıb.
"Xalqlarımızın həm qəhrəmanlıq, həm də faciəvi səhifələri özündə birləşdirən ortaq bir tarixi var. Ancaq bu, siyasi spekulyasiyaların yox, dərindən anlamanın mövzusu olmalıdır", - o, sosial şəbəkədə yazıb.
Polşa Prezidenti iyunun 19-da Zelenskini Polşanın ən ali dövlət mükafatı - "Ağ Qartal" ordenindən məhrum etmək qərarına gəlib. Buna səbəb Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi haqqında fərmanı olub.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Polşa Prezidentinin qərarını "strateji səhv" adlandırıb. Polşanın Baş naziri Donald Tusk isə tərəfləri təmkinli olmağa çağırıb. K.Navrotskinin qərarı ilə əlaqədar olaraq, A.Sibiqa və Ukraynanın bu ölkədəki səfiri Vasili Bodnar Polşanın dövlət mükafatlarından imtina ediblər.
Oxşar xəbərlər
Polşa Prezidenti Zelenskini ölkənin ali dövlət mükafatından məhrum edib
Budanov: Ukraynaya Rusiya ilə qarşıdurmada yeni texnoloji sıçrayış lazımdır
Kirill Budanov: Kiyevlə Moskva arasında danışıqlar başa çatmaq üzrədir
Budanov: Rusiyanın Ukraynaya nüvə zərbəsi endirməyə hazırlaşmasının əlamətləri yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Makron üçüncü ölkələrdə miqrantların qaytarılması üzrə mərkəzlərin yaradılmasına qarşı çıxıb
-
Azərbaycan şahmatçısı Aydın Süleymanlı dünya çempionu Maqnus Karlseni məğlub edib
-
Balaxanı neftçiləri ADNSU-da Geologiya Elmləri üzrə Tədqiqat təqaüdü təsis etdilər - FOTO
