Sumqayıtda 29 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb
sizinxeber.az xəbər saytı

Sumqayıtda 29 yaşlı kişi tanışı tərəfindən bıçaqlanıb


Sumqayıtda 29 yaşlı kişi bıçaqlanıb.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1986-cı il təvəllüdlü Hüseynov Ramil Firudin oğlu münaqişə zəminində tanışı, 1995-ci il təvəllüdlü Məhəmmədov Fariz Qasım oğluna bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər