İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb
sizinxeber.az xəbər saytı

İsrail ordusu Beyrutun cənubundakı bir neçə bölgənin sakinlərini evakuasiyaya çağırıb


İsrail Müdafiə Qüvvələri (İMQ) Beyrutun cənubundakı Haret-Hreyk və Hadas rayonlarında yerləşən bir neçə binanın sakinlərini təcili evakuasiyaya çağırıb.

“Report” xəbər verir ki, bu barədə İMQ-nin rəsmi nümayəndəsi Avixay Edri sosial şəbəkədə yazıb.

“Beyrutun cənub ətrafında Haret-Hreyk və Hadas rayonlarının sakinləri üçün təcili xəbərdarlıq, xüsusilə xəritələrdə qeyd olunmuş binalarda. Öz təhlükəsizliyiniz və ailə üzvlərinizin təhlükəsizliyi üçün siz dərhal bu və qonşu binaları tərk etməli və onlardan azı 500 metr məsafədə durmalısınız”, – o bildirib.

Edri bir neçə binanın qırmızı rənglə işarələndiyi iki peyk şəklini dərc edib. İMQ-nin məlumatına görə, bu obyektlər “Hizbullah” hərəkatı ilə əlaqəlidir və yaxın vaxtlarda İsrail ordusu onlara qarşı tədbirlər görməyi planlaşdırır.

Oxşar xəbərlər

İsrail Beyrutun ətrafındakı rayonun sakinlərini təcili təxliyəyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail Ordusu Beyrutun cənub ətraflarında bir sıra hədəfli zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu Beyrutun məhəllələrindən birinin sakinlərini təcili ərazini boşaltmağa çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirməyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Beyrutun cənubunda yaşayan livanlıları evləri tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər