İsrail “Hizbullah”ın silah anbarlarına zərbələr endirməyə başlayıb
İsrail ordusu Beyrutun kənarındakı Dahiya bölgəsində “Hizbullah” hərəkatının strateji silah anbarlarına zərbələr endirməyə başlayıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Hizbullah” terror təşkilatına məxsus silahlar Dahiya rayonunda mülki binaların altında saxlanılır.
Bundan başqa İsrail ilk dəfə Beyrut sakinlərini şəhərin müəyyən ərazilərini boşaltmağa çağırıb. Söhbət Əl-Leylaki məhəlləsində və Əl-Hadas ətrafında yerləşən bir neçə binanın boşaldılmasından gedir.
İsrail ordusunun nümayəndəsi Avihay Edrinin etdiyi videomüraciətdə bildirilib: “Əgər “Hizbullah”a məxsus qurğularının yaxınlığındasınızsa, özünüzün və yaxınlarınızın təhlükəsizliyi üçün dərhal bu binaları tərk etməli və onlardan ən azı 500 metr aralıda dayanmalısınız”.
Qeyd edək ki, “Hizbullah” təşkilatının silahlı birləşmələri İsrailin şimalındakı yaşayış məntəqələrini ballistik raketlərdən istifadə etməklə atəşə tutub.
Oxşar xəbərlər
İsrail HHQ “Hizbullah”ın silah anbarlarına və infrastrukturuna hücum edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusunun onlarla qırıcısı "Hizbullah"a zərbələr endirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail "Hizbullah"ın silah anbarına zərbə endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Livandakı “Hizbullah”ın hədəflərinə yeni aviazərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu: "Hizbullah"ın silah sexinə və hərbi qərargahına zərbələr endirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi











