İsrail ordusu Beyrutun məhəllələrindən birinin sakinlərini təcili ərazini boşaltmağa çağırıb
İsrail hərbçiləri Beyrutun cənubunda yerləşən “Burj əl-Barajna” bölgəsinin sakinlərini təcili olaraq təhlükəsiz yerə təxliyə etməyə çağırıb.
APA xəbər verir ki, müvafiq bildirişi ərəb dilində İsrail ordusunun rəsmi nümayəndəsi Aviçai Edri dərc edib.
"Cənub bölgəsinin sakinlərinə, xüsusən də “Burj Əl Barajna” ərazisinin xəritəsində göstərilən binada yaşayanlara yeni təcili xəbərdarlıq. Öz təhlükəsizliyiniz və ailə üzvlərinizin təhlükəsizliyi üçün bu və qonşu binaları dərhal tərk etməli və onlardan ən azı 500 m aralıda olmalısınız.”, – deyə o, “X” hesabında yazıb.
O həmçinin “Hizbullah” tərəfindən hərbi obyekt kimi istifadə edildiyi iddia edilən binanın göstərildiyi ərazinin peyk görüntüsünü də yayımlayıb.
Oxşar xəbərlər
İsrail Beyrutun cənubunda yaşayan livanlıları evləri tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin öz vətəndaşlarını Livanı tərk etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail təyyarələri Beyrutun cənub bölgələrinə zərbələr endirməyə başlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın raket sistemlərinə zərbələr endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu “Hizbullah”ın daha bir komandirini öldürdüyünü açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













