Qazaxıstanda AES tikintisi ilə bağlı referendum keçiriləcək
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2024-cü il oktyabrın 6-da ölkədə atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı referendumun keçirilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.
“2024-cü il oktyabrın 6-da ölkədə referendum keçirilməsi haqqında fərman verirəm. Referendum aşağıdakı sual ilə bağlı olacaq: “Qazaxıstanda AES tikintisi ilə razısınızmı?”, - fərmanda deyilir.
Qeyd olunur ki, ölkə hökumətinə Mərkəzi Seçki Komissiyası, digər mərkəzi dövlət və yerli icra hakimiyyəti orqanları ilə birlikdə zəruri tədbirlər görmək tapşırılıb.
“Biz uzunmüddətli milli maraqları və ölkəmizin xüsusiyyətlərini nəzərə alaraq gələcək haqqında düşünməliyik. Ona görə də mən həmişə AES-in tikintisi məsələsi ilə bağlı düşünülmüş qərarın qəbul edilməsinin, strateji planların cəmiyyətdə geniş müzakirə olunmasının vacibliyində israr etmişəm”, - Tokayev bildirib.
Oxşar xəbərlər
Kasım-Jomart Tokayev Azərbaycan Prezidentini təbrik edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa müxalifəti Aİ-nin miqrasiya paktından çıxmaq üçün referendum keçirməyə çağırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev fərman imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kasım-Jomart Tokayev: “Qazaxıstan Azərbaycanın SPECA-nın inkişafına töhfəsini alqışlayır” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sandu Moldovanın Aİ-yə daxil olması ilə bağlı referendum keçirilməsini istəyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












