ABŞ Ukraynaya qoşun yerləşdirməyəcək
sizinxeber.az xəbər saytı

ABŞ Ukraynaya qoşun yerləşdirməyəcək


Amerika Birləşmiş Ştatları təhlükəsizlik zəmanətlərinin verilməsi çərçivəsində Ukraynaya qoşun yerləşdirməyəcək.

“Report”un xəbərinə görə, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

“Amerika qoşunları Ukrayna ərazisinə yerləşdirilməyəcək. Lakin biz, şübhəsiz ki, koordinasiyaya kömək edə bilərik və bəlkə də avropalı müttəfiqlərimizə təhlükəsizliyin təmin edilməsi üçün başqa vasitələr təqdim edə bilərik”, - Leavitt bildirib

Eyni zamanda o qeyd edib ki, Vaşinqton Ukraynaya təhlükəsizlik zəmanəti kimi havadan dəstək verilməsini istisna etmir.

“Bu, variantlardan və imkanlardan biridir. Mən əlbəttə ki, prezidentin hərbi variantları baxımından heç nəyi istisna etməzdim”.

Oxşar xəbərlər

ABŞ Kiyevin təhlükəsizliyinə zəmanət olaraq havadan dəstəyi istisna etmir
Livitt ABŞ-ın Ukraynaya qoşun yeritməyəcəyini açıqlayıb
Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna edib
Aİ diplomatiyasının yeni rəhbəri Ukraynaya qoşun göndərilməsini istisna etməyib
İspaniya Ukraynaya qoşun göndərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle