Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna edib
sizinxeber.az xəbər saytı

Finlandiya Prezidenti Ukraynaya qoşun göndərilməsini istisna edib


Atəşkəs razılaşması əldə olunsa, Finlandiya Ukraynaya qoşun göndərməyəcək.

"Sizinxeber.az"un məlumatına görə, bunu Finlandiya Prezidenti Aleksandr Stubb Yaponiyanın NHK telekanalına müsahibəsində deyib.

“Hazırda qoşun göndərmək planı yoxdur”, - o deyib.

Prezidentin fikrincə, onun ölkəsi şimal-şərqi Avropada mühafizə ilə məşğul olmalıdır.

Bundan əvvəl ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq bildirib ki, Vaşinqton Rusiya-Ukrayna münaqişəsinin həlli planını müzakirə edir. Plana əsasən, Dneprdən qərbə mühafizə qüvvələri yerləşdiriləcək. Onun sözlərinə görə, mühafizə qüvvələrinin heyətinə Avropanın dörd ölkəsinin - Böyük Britaniya, Polşa, Fransa və Almaniyanın kontingenti daxil olacaq.

Oxşar xəbərlər

Finlandiya Prezidenti: Avropa Ukrayna danışıqlarında vasitəçi olub
Almaniya kansleri: Hərbçilərimizin Ukraynada mövcudluğu nəzərdən keçirilmir
Kelloq: ABŞ Dnepr çayının qərbində Avropa qüvvələrinin yerləşdirilməsini müzakirə edir
Estoniya mümkün atəşkəsdən sonra Ukraynaya qoşun yeridə bilər
İspaniya Ukraynaya qoşun göndərməyəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle