KİV: Rusiya Ermənistanı qaz sazişinin ləğvi ehtimalı ilə bağlı xəbərdar edib
sizinxeber.az xəbər saytı

KİV: Rusiya Ermənistanı qaz sazişinin ləğvi ehtimalı ilə bağlı xəbərdar edib


Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya kursunu davam etdirməsi halında qaz tədarükü ilə bağlı sazişi dayandıra və ya birtərəfli qaydada ləğv edə biləcəyi barədə İrəvana xəbərdarlıq edib.

“Kommersant” qəzetinin məlumatına görə, bu barədə Rusiyanın energetika naziri Sergey Tsivilyovun adından Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyinə məktub göndərilib.

Məktubda qeyd olunub ki, Ermənistan hökumətinin Avropa İttifaqı ilə əməkdaşlığı dərinləşdirmək istiqamətində atdığı addımlar və Aİ-yə üzvlük istəyi Rusiya-Ermənistan ticarət-iqtisadi və investisiya əməkdaşlığının yüksək səviyyəsini təhlükə altına qoyur.

“Ermənistanın Avropa İttifaqı ilə münasibətləri dərinləşdirmək istiqamətində davam edən praktiki addımları və Aİ-yə qoşulmaq niyyəti Rusiya-Ermənistan iqtisadi və investisiya əməkdaşlığının əsasını təşkil edən ikitərəfli beynəlxalq sazişlərin gələcəyini sual altına qoyur”, - məktubda bildirilib.

Qeyd olunub ki, söhbət Ermənistana təbii qaz, neft məhsulları və işlənməmiş almazların tədarükünə dair razılaşmalardan gedir.

Rusiya Energetika Nazirliyi, eləcə də Ermənistanın Ərazi İdarəetməsi və İnfrastruktur Nazirliyi məsələ ilə bağlı şərh verməyib.

Ermənistan Baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan da nəşrin sorğusunu cavablandırmayıb.

Oxşar xəbərlər

Rusiya hökuməti: Ermənistanın Avropa İttifaqı ilə ticarəti Avrasiya İqtisadi İttifaqından dəfələrlə azdır
Şoyqu: Ermənistanın son hərəkətləri Rusiya ilə müttəfiqlik ruhuna uyğun gəlmir
Rusiya Ermənistanı hədələdi
Avropa İttifaqı və ABŞ Ermənistanda nüvə təhlükəsizliyini gücləndirir
Overçuk: Ermənistan Aİ-yə daxil olarsa, Rusiya onunla iqtisadi əlaqələrini yenidən nəzərdən keçirəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər